FHN: Ötən sutka 26 yanğına çıxış olub, 5 nəfər xilas edilib

FHN: Ötən sutka 26 yanğına çıxış olub, 5 nəfər xilas edilib
Yayınlanma tarixi: 5/13/2023 11:07:06 AM

Bu barədə FHN-dən məlumat verilib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "İslamazeri.com"a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3-ü azyaşlı olmaqla 5 nəfər xilas edilib. Bakı şəhər, Yasamal rayonunda bağlı qapı arxasında aşkar edilən 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Bakı şəhərinin Xəzər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində baş verən yanğın hadisəsi zamanı yanan avtomobildə aşkarlanan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

GÜNÜN MANŞETLERİ

İran İsrailə hipersəs raket hücumu həyata keçirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailə hipersəs raket hücumu həyata keçirib

3/12/2026 6:13:18 PM
Rusiya İrana humanitar yardım göndərəcək
REGİON / RUSİYA

Rusiya İrana humanitar yardım göndərəcək

3/12/2026 4:00:41 PM
İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub

3/12/2026 3:10:01 PM
Təl-Əvivdə sirenalar susmur
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Təl-Əvivdə sirenalar susmur

3/12/2026 2:50:24 PM