FHN: Ötən sutka 22 yanğına çıxış olub

FHN: Ötən sutka 22 yanğına çıxış olub
Yayınlanma tarixi: 12/19/2022 11:32:42 AM

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "İslamazeri.com"a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər xilas edilib, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

GÜNÜN MANŞETLERİ

Ayətullah Xamenei: Bunu qadağan edirəm!
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Xamenei: Bunu qadağan edirəm!

1/17/2026 5:39:57 PM
Sabah Bakıya sulu qar yağacaq
ÖLKƏ

Sabah Bakıya sulu qar yağacaq

1/17/2026 1:10:01 PM
İslamda qonşuluq haqqı
DİN

İslamda qonşuluq haqqı

1/17/2026 11:21:15 AM