FHN metronun “Neftçilər” stansiyasında təlim keçirib

FHN metronun “Neftçilər” stansiyasında təlim keçirib
Yayınlanma tarixi: 1/6/2023 12:11:36 PM

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü və Baş Əməliyyat idarəsinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Neftçilər” stansiyasında təlim keçirilib.

İslamazeri.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, təlimin mövzusu “Metro stansiyasında elektrik cərəyanının açılması səbəbindən qatarın dayanması nəticəsində zərərçəkmişlərin təxliyəsi” olub. Təlimə rəhbərliyi FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov edib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Xalqlar dostluğu” stansiyası istiqamətindən hərəkət edən qatarın elektrik cərəyanının şərti açılması nəticəsində “Neftçilər” stansiyasının “mənzilində dayanması” və “sərnişinlərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub” və dərhal Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri “hadisə yerinə” cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqlarının yandırılması, təmas relslərindən gərginliyin çıxarılması üçün qısa qapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib. Regional Mərkəzin mobil xilasetmə və əməliyyat qrupları tərəfindən fərdi mühafizə vasitələri və kimyəvi kəşfiyyat cihazlarından istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, xilasetmə vasitələri tətbiq edilməklə Metropoliten əməkdaşları ilə birlikdə qatardakı “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin tibbi yardım göstərilib”.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

GÜNÜN MANŞETLERİ

Reuters: Bəhreyndə mülki yaşayış məntəqəsini ABŞ vurub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Reuters: Bəhreyndə mülki yaşayış məntəqəsini ABŞ vurub

3/23/2026 10:00:48 AM
Ayətullah Sistanidən ÇOX ÖNƏMLİ BƏYANAT
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Sistanidən ÇOX ÖNƏMLİ BƏYANAT

3/22/2026 12:36:37 PM