FHN-in “İzotop” xüsusi kombinatında təlim keçirilib

FHN-in “İzotop” xüsusi kombinatında təlim keçirilib
Yayınlanma tarixi: 3/31/2023 12:12:09 PM

Bu barədə FHN-dən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin “İzotop” xüsusi kombinatı ərazisində kombinatın ştatdankənar yanğınsöndürmə qrupları və Dövlət Yanğından Mühafizə Xidməti Qaradağ Rayon Yanğından Mühafizə Hissəsinin 13 nömrəli Yanğından Mühafizə Bölməsinin şəxsi heyətinin birgə iştiraki ilə təlim keçirilib.

FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd kombinat ərazisində baş verə biləcək yanğın zamanı qarşılıqlı fəaliyyətin təşkili, yanğın zamanı əməkdaşların təhlükəsiz əraziyə təxliyə olunması, yanğının söndürülməsi və fərdi yanğınsöndürmə vasitələrindən istifadə qaydaları üzrə bilik və bacarıqların təkmilləşdirilməsi olub.

Təlim zamanı kombinat ərazisində baş vermiş şərti yanğın qısa müddətdə “məhdudlaşdırılaraq söndürülüb”, “zərərçəkmişlər“ təhlükəsiz əraziyə təxliyə edilib.

Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

GÜNÜN MANŞETLERİ

Sumqayıtda top mərmisi aşkar edilib
ÖLKƏ / HADİSƏ

Sumqayıtda top mərmisi aşkar edilib

3/16/2026 12:20:30 PM
Qəbul imtahanlarının tarixi açıqlanıb
ÖLKƏ / TƏHSİL

Qəbul imtahanlarının tarixi açıqlanıb

3/16/2026 11:37:55 AM
Xəzər dənizində zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Xəzər dənizində zəlzələ olub

3/16/2026 11:34:38 AM
İran: Atəşkəs gündəmdə deyil
REGİON / İRAN

İran: Atəşkəs gündəmdə deyil

3/16/2026 11:29:44 AM