FHN hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

FHN hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Yayınlanma tarixi: 12/1/2021 5:49:47 PM

Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən İslamazeri.com-a bildirilib ki, hazırda güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti dekabrın 2-si gündüzədək davam edəcək.

Bununla bağlı nazirlik əhaliyə müraciət edərək, hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:

"Xüsusilə, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü külək zamanı yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir".

"Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!", - məlumatda bildirilib.

GÜNÜN MANŞETLERİ

Nəcəfdə mövlud- FOTO
DİN / MÖVLUDLAR

Nəcəfdə mövlud- FOTO

1/25/2026 1:00:01 PM
Maddi problemlərin həlli
DİN

Maddi problemlərin həlli

1/25/2026 11:22:10 AM
Qəzzada 10 uşaq soyuqdan can verdi
DÜNYA / İSLAM DÜNYASI

Qəzzada 10 uşaq soyuqdan can verdi

1/25/2026 10:37:50 AM
İmam Səccadın (ə) mövlud günüdür
DİN / MÖVLUDLAR

İmam Səccadın (ə) mövlud günüdür

1/25/2026 9:00:01 AM