FHN-dən davam edən kəskin hava şəraiti ilə bağlı əhaliyə müraciət

FHN-dən davam edən kəskin hava şəraiti ilə bağlı əhaliyə müraciət
Yayınlanma tarixi: 1/20/2026 1:12:51 PM

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, bir neçə gündür davam edən kəskin hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

İslamazeri.com xəbər verir ki, nazirliyin müraciətində qaz və elektrik qızdırıcı cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına da toxunulub:

"Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır."

Bildirilib ki, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər:

"Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur".

Müraciətdə o da qeyd olunub ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Qeyd edək ki, hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında soyuq, kəskin və yağıntılı hava şəraiti müşahidə olunur.

GÜNÜN MANŞETLERİ

İranın Azərbaycandakı səfirliyindən AÇIQLAMA
ÖLKƏ / SİYASƏT

İranın Azərbaycandakı səfirliyindən AÇIQLAMA

1/20/2026 12:34:30 PM
Qanlı 20 Yanvar faciəsi - İNFOVİDEO
ÖLKƏ

Qanlı 20 Yanvar faciəsi - İNFOVİDEO

1/20/2026 12:00:01 PM
İspaniyada üç günlük matəm elan olundu - SƏBƏB
DÜNYA / MARAQLI

İspaniyada üç günlük matəm elan olundu - SƏBƏB

1/20/2026 11:35:17 AM