Fələstində ara qarışdı: 1 fələstinli gənc öldürüldü, 9-u yaralandı

Fələstində ara qarışdı: 1 fələstinli gənc öldürüldü, 9-u yaralandı
Yayınlanma tarixi: 15.06.2023 13:39:58

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində bir fələstinli gənci öldürüb, 9 fələstinlini isə yaralayıb.

İslamazeri.com xəbərinə görə, Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata əsasən,  İsrail əsgərləri Nablus şəhərindəki Balata Qaçqınlar Düşərgəsinə basqın edərək düşərgədəki bir evi mühasirəyə alıb.

İsrail qüvvələri basqına reaksiya verən fələstinli gənclərə həqiqi güllələrlə müdaxilə edib. İsrail qüvvələri yaralıları xəstəxanaya aparmağa çalışan təcili tibbi yardım maşınının qarşısını alıb.

Fələstin Səhiyyə Nazirliyi İsrail əsgərlərinin təşkil etdiyi basqında yaralanaraq Rafidya xəstəxanasına aparılan 19 yaşlı fələstinlinin həyatını itirdiyini açıqlayıb.

Fələstin Qızıl Aypara Cəmiyyəti də 8-i həqiqi güllə, 1-i qəlpə ilə olmaqla 9 fələstinlinin yaralandığını açıqlayıb.

WAFA agentliyi İsrail qüvvələrinin İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin Qaçqınlar Düşərgəsində yaşayan iki gənci Nablusdakı nəzarət məntəqəsində saxladığını bildirib.

GÜNÜN MANŞETLERİ