ETSN: Qanunsuz ov edən şəxslər cəzalandırılıb

ETSN: Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Yayınlanma tarixi: 10/20/2022 10:06:42 AM

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Siyəzən, Xaçmaz, Lənkəran rayonları akvatoriyasında, Kür çayında və Nizami kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov "İslamazeri.com"a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Aleksandr Qolubev, Mahmud Cəfərov, Sumqayıt şəhər sakinləri Azər Əşrəfov, Sərxan Xanməmmədov, Siyəzən rayon sakinləri Elnur Mədətov, Şahlar Allahverdiyev, İntiqam Heydərov, Xaçmaz rayon sakinləri Cavanşir Kərimov, Ayaz Hacıyev, Seyidağa Məmmədov, Nəriman Osmanov, Şabran rayon sakinləri Asif Məmmədov, Aftandil Quliyev, Mirqurban Musayev, Salyan rayon sakinləri Daşqın və Məmməd Abbasovlar, Neftçala rayon sakini Mirpaşa Həşimov, Lənkəran rayon sakini Bəhrus Hüseynov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 2150 metr uzunluğunda sintetik tor götürülüb.

B.Məhəmmədovun sözlərinə görə, ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə, Salyan şəhər sakini Emin Nəsirov, Bakı şəhər sakini Qiyamin Xəlilov, Hacıqabul rayon sakini Xəyal Absalamov saxlanılıb: “Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

GÜNÜN MANŞETLERİ

Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

4/15/2026 2:20:01 PM
İsrail Qəzzada mülki insanları öldürməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzada mülki insanları öldürməyə davam edir

4/15/2026 1:25:10 PM
17 ölkədən Livanla bağlı birgə bəyanat
DÜNYA / MARAQLI

17 ölkədən Livanla bağlı birgə bəyanat

4/15/2026 12:41:41 PM
İsrail “Hizbullah”la müharibədə ağır itkilər verir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail “Hizbullah”la müharibədə ağır itkilər verir

4/15/2026 12:18:55 PM
Ayətullah Sistanidən 70 min livanlı ailəyə maliyyə yardımı
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Sistanidən 70 min livanlı ailəyə maliyyə yardımı

4/15/2026 11:38:46 AM