Ermənistan Prezidenti Səudiyyəyə səfər edib

Ermənistan Prezidenti Səudiyyəyə səfər edib
Yayınlanma tarixi: 28.10.2021 15:44:12

Bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən məlumat verilib.

İslamazeri.com "Az.shafaqna.com"-a istinadən xəbər verir ki,  Ermənistan rejiminin prezidenti Armen Sarkisyan ölkə tarixində ilk dəfə olaraq Səudiyyə Ərəbistanına səfər edib.

Ər-Riyad və Yerevan arasındakı münasibətlərdə yeni səhifənin açılmasına səbəb olan bu səfər çərçivəsində Sarkisyan “Gələcək İnvestisiya Təşəbbüsləri” Konfransında iştirak edib.

Konfransda bir çox ölkə rəhbəri, hökumət üzvləri, məşhur beynəlxalq və iri qlobal şirkətlərin rəhbərləri, sahibkarlar iştirak ediblər.

Ermənistan prezidenti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, baş nazir müavini, müdafiə naziri Məhəmməd bin Salmanla birlikdə konfransın açılışı mərasimində iştirak edib.

Sarkisyan və bin Salman iki ölkə arasındakı münasibətlərin inkişafının vacibliyi və onların gələcəyi barədə söhbət ediblər.

Qeyd edilib ki, iki ölkə arasındakı zəngin tarixi əlaqələr dövlətlərarası münasibətlərin qurulmasının gələcəyinə yönəlmiş yaxşı əsasdır.

FOTO

GÜNÜN MANŞETLERİ