Emin Əmrullayev: Bütün müəllimlər sertifikasiyadan keçib

Emin Əmrullayev: Bütün müəllimlər sertifikasiyadan keçib
Yayınlanma tarixi: 6/30/2026 10:00:01 AM

Emin Əmrullayev: Bütün müəllimlər sertifikasiyadan keçib.

Artıq bütün müəllimlər sertifikatlaşdırma imtahanlarından keçib.

İslamazeri.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, 2022-2026-cı illəri əhatə edən prosesdə 104 435 müəllim iştirak edib:

"Demək olar bütün məüllimlər ən azı 1 dəfə sertifikatlaşdırma prosesinə cəlb olunub. Bu gün 5 müəllimdən biri yeni müəllimdir".

Nazir əlavə edib ki, imtahanlarda uğur qazanmış təxminən 60 818 müəllimin əməkhaqqısına 10 %, yüksək nəticə göstərmiş 30 590 müəllimin əməkhaqqısına isə 35 % əlavə edilib:

"Ümumilikdə 91 408 müəllimin əməkhaqqısına əlavələr edilib. Hər iki cəhddə uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib".

GÜNÜN MANŞETLERİ

Azərbaycan nefti bahalaşıb
İQTİSADİYYAT

Azərbaycan nefti bahalaşıb

6/30/2026 10:40:01 AM
Omandan Hörmüz boğazı ilə bağlı AÇIQLAMA
DÜNYA / SİYASƏT

Omandan Hörmüz boğazı ilə bağlı AÇIQLAMA

6/30/2026 10:25:14 AM
Qadında bəyənilən sifətlər
DİN

Qadında bəyənilən sifətlər

6/30/2026 9:00:01 AM