"Elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər"

Yayınlanma tarixi: 2/2/2022 6:11:18 PM

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər”.

“İslamazeri.com” xəbər verir ki, bunu Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda sualları cavablandıran Prezident İlham Əliyev deyib.

“Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Ancaq, eyni zamanda, hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq. Əlbəttə, problemlər də var, çatışmazlıqlar da var. Bu çatışmazlıqlarla mübarizə aparırıq və aparacağıq. Amma əgər ümumiyyətlə bu tarix kəsiyində bu dövrü təhlil etsək görərik ki, biz tarixi nailiyyətlərə imza atdıq”, – deyə dövlət başçısı qeyd edib.

 

 
 

 

GÜNÜN MANŞETLERİ

Bu gün TASUA GÜNÜDÜR
DİN

Bu gün TASUA GÜNÜDÜR

6/24/2026 10:03:14 AM
Məhəmməd Baqir Qalibaf Azərbaycana işgüzar səfərə gəlib
ÖLKƏ / MÜNASİBƏT

Məhəmməd Baqir Qalibaf Azərbaycana işgüzar səfərə gəlib

6/24/2026 10:00:01 AM
İsrailin Livana hücumları davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Livana hücumları davam edir

6/23/2026 4:45:30 PM