Ekoloji hüquqpozmalarla bağlı cinayət işləri başlanıb

Ekoloji hüquqpozmalarla bağlı cinayət işləri başlanıb
Yayınlanma tarixi: 3/14/2023 1:23:32 PM

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın müxtəlif rayonlarında ekoloji hüquqpozmalarla bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, Qəbələ, Lerik və Zaqatala rayonu ərazisində ümumilikdə 111 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 23 min manatdan çox ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 (qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ağac kəsmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.

GÜNÜN MANŞETLERİ

Evini kirayə verənlərə ŞAD XƏBƏR!
ÖLKƏ / SİYASƏT

Evini kirayə verənlərə ŞAD XƏBƏR!

1/1/2026 9:20:01 AM
Haram qidanın təsiri
DİN

Haram qidanın təsiri

12/31/2025 1:21:04 PM
DYP-dən sürücülərə ÇAĞIRIŞ: Bu qaydalara ciddi əməl edin!
ÖLKƏ / MÜNASİBƏT

DYP-dən sürücülərə ÇAĞIRIŞ: Bu qaydalara ciddi əməl edin!

12/31/2025 12:43:46 PM