DYP-nin Bakıdakı texniki baxış mərkəzləri fasiləsiz işləyəcək

DYP-nin Bakıdakı texniki baxış mərkəzləri fasiləsiz işləyəcək
Yayınlanma tarixi: 25.11.2022 15:08:11

Bu barədə BDYPİ-dən məlumat verilib.

Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, bu gündən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq ediləcək.

Bu barədə "İslamazeri.com"a BDYPİ-dən məlumat verilib.

Məlumata görə, bununla da nəqliyyat vasitələrinin sahibləri və sürücüləri növbəlilik prinsipi əsasında fəaliyyət göstərəcək Müayinə mərkəzlərinə günün istənilən vaxtı müraciət etmək imkanı qazanacaq.

Eyni zamanda, xidmətin fasiləsiz təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq komissiyası tərəfindən Bakı şəhərinə girişi və paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək imkanı yaradacaq.

Xatırladaq ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilər.

GÜNÜN MANŞETLERİ

Müqəddəs Ərdəbilinin yuxusu
DİN

Müqəddəs Ərdəbilinin yuxusu

1.12.2022 13:26:44
İŞİD terror təşkilatının lideri məhv edilib
DÜNYA / İSLAM DÜNYASI

İŞİD terror təşkilatının lideri məhv edilib

1.12.2022 12:56:02