Dünən Məscidül-Əqsada 130 min müsəlman cümə namazı qılıb

Dünən Məscidül-Əqsada 130 min müsəlman cümə namazı qılıb
Yayınlanma tarixi: 8.04.2023 11:33:36

Müsəlmanların ilk qibləsi olan Əqsa məscidində cümə namazını qılmaq istəyənlər işğal altındakı Şərqi Qüdsün küçələrində sıxlıq yaradıb.

İsrailin məhdudiyyətlərinə baxmayaraq təxminən 130 min fələstinli və xarici ölkələrdən gələn müsəlman Ramazan ayının üçüncü cümə namazını Əqsa məscidində qılıb.

İslamazeri.com xəbər verir ki, müsəlmanların ilk qibləsi olan Əqsa məscidində cümə namazını qılmaq istəyənlər işğal altındakı Şərqi Qüdsün küçələrində sıxlıq yaradıb.
Əqsa məscidində cümə namazı qılmaq istəyən minlərlə müsəlman məscidin həyətində toplaşıb.
Qüds İslam Vəqfləri İdarəsindən verilən yazılı açıqlamaya görə, Əqsa məscidində qılınan cümə namazına 130 min adam qatılıb.
İsrail polisinin Əqsa məscidinin girişində, ətrafında və köhnə şəhərin küçələrindəki hərəkətliliyi diqqət çəkib.
İsrail işğal altındakı İordan çayının qərb sahilindən yaşı 55-dən aşağı olan fələstinli kişilərin və Qəzza zolağının bütün sakinlərinin Ramazan ayında cümə namazı qılmaq üçün Şərqi Qüdsə daxil olmasını qadağan edib.

GÜNÜN MANŞETLERİ