DTX Naxçıvanla bağlı təxribatla əlaqədar məlumat yaydı

DTX Naxçıvanla bağlı təxribatla əlaqədar məlumat yaydı
Yayınlanma tarixi: 11/7/2022 6:00:09 PM

Sosial şəbəkələrin Azərbaycan seqmentində Naxçıvanla bağlı təxribat xarakterli məlumatlar yayımlanır.

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı açıqlamada bildirilib.

"Son vaxtlar bir sıra sosial şəbəkələrdə uydurma təşkilat olan İranın Naxçıvan Xalq Hərəkatı adından guya Azərbaycan hakimiyyətinin təqsiri üzündən Naxçıvan Muxtar Respublikası əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İran İslam Respublikasının tərkibinə qatılmaq istəməsi, bununla bağlı İran silahlı qüvvələrinin Naxçıvan ərazisində yerləşdirilməsi barədə yerli əhali adından İran hökumətinə ünvanlanmış saxta müraciət yayımlanıb.

Bildiririk ki, son günlər Azərbaycana qarşı məqsədyönlü şəkildə həyata keçirilən belə hallar ciddi şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Ölkəmizə qarşı düşmən mövqedə dayanan məlum dairələr tərəfindən bu kimi cəfəngiyyat və təxribat xarakterli məlumatların yayımlanması qəbuledilməzdir və vətəndaşlarımızda ikrah hissi oyadır. Azərbaycan dövləti və onun siyasi rəhbərliyi ölkənin bütün ərazisində, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhalinin təhlükəsiz və firavan yaşamasının təminatçısıdır", - məlumatda bildirilib.

GÜNÜN MANŞETLERİ

Qəzvində ABŞ-ın kəşfiyyat PUA-sı vurulub
REGİON / İRAN

Qəzvində ABŞ-ın kəşfiyyat PUA-sı vurulub

3/26/2026 4:41:54 PM
Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI

3/26/2026 3:28:44 PM
Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ

3/26/2026 3:10:01 PM
Ağdamda mina partlayıb, xəsarət alan var
ÖLKƏ / HADİSƏ

Ağdamda mina partlayıb, xəsarət alan var

3/26/2026 2:52:17 PM
ABŞ İraqın silah tədarükünü əngəlləyir - SƏBƏB
DÜNYA / SİYASƏT

ABŞ İraqın silah tədarükünü əngəlləyir - SƏBƏB

3/26/2026 2:44:32 PM