DSX: Ermənilər Zəngilan istiqamətində mövqelərimizi atəşə tutub

DSX: Ermənilər Zəngilan istiqamətində mövqelərimizi atəşə tutub
Yayınlanma tarixi: 12/9/2022 1:10:54 PM

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Dekabr ayının 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində, Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub.

İslamazeri.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, görülmüş cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulub.

"Əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir. Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir", - məlumatda deyilir.

GÜNÜN MANŞETLERİ

Ağsuda zəlzələ olub
ÖLKƏ

Ağsuda zəlzələ olub

1/18/2026 10:12:21 AM
Ayətullah Xamenei: Bunu qadağan edirəm!
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Xamenei: Bunu qadağan edirəm!

1/17/2026 5:39:57 PM
Sabah Bakıya sulu qar yağacaq
ÖLKƏ

Sabah Bakıya sulu qar yağacaq

1/17/2026 1:10:01 PM