DİN: Dünən xeyli silah-sursat aşkarlanıb

DİN: Dünən xeyli silah-sursat aşkarlanıb
Yayınlanma tarixi: 1/15/2026 12:44:16 PM

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

İslamazeri.com xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Yanvarın 14-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 3 pulemyot, 1 tapança, 2 qumbara, 3 qumbaraatan, 2 alışdırıcı, 25 tüfəng, 5 patron darağı və 291 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

GÜNÜN MANŞETLERİ