Çinin dövlət başçısı Rusiyaya səfər edəcək

Çinin dövlət başçısı Rusiyaya səfər edəcək
Yayınlanma tarixi: 17.03.2023 18:00:11

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq verdiyi açıqlamada Sinin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə martın 20-22-də Moskvaya rəsmi səfər edəcəyini bildirib.

Çinin dövlət başçısı Si Cinpin Moskvaya səfər edəcək.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq verdiyi açıqlamada  Sinin  Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə martın 20-22-də Moskvaya rəsmi səfər edəcəyini bildirib.
Kremldən verilən açıqlamada bildirilib ki, Vladimir Putin və Si Cimpin arasında baş tutacaq görüşdə Rusiya və Çin arasındakı əlaqələr və strateji əməkdaşlıq müzakirə olunacaq''.
Liderlərin beynəlxalq arenada əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı da fikir mübadiləsi aparacaqları  bildirilib. Bəyanatda bildirilib ki, liderlərin bəzi mühüm sənədləri imzalayacaqlar.
Si Cinpin Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfədir ki, Rusiyaya səfər edir.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55