Ceyhun Bayramov Özbəkistana səfərə gedib

Ceyhun Bayramov Özbəkistana səfərə gedib
Yayınlanma tarixi: 24.01.2023 10:27:54

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Yanvarın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında iştirak etmək məqsədilə Özbəkistanın Daşkənd şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə "İslamazeri.com"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

GÜNÜN MANŞETLERİ