Ceyhun Bayramov Çavuşoğluna zəng edib

Ceyhun Bayramov Çavuşoğluna zəng edib
Yayınlanma tarixi: 6.02.2023 10:28:22

Bu barədə XİN-dən məlumat verilib.

Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.

XİN-dən "İslamazeri.com"a verilən xəbərə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Başramov Türkiyə Respublikasının xarici işlər naziri Mevlut Çavuşoğluya zəng vuraraq qardaş Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Nazir yaralıların tezliklə sağalmasını arzulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş Türkiyəyə yola düşəcəyini bildirilib.

Nazir Mevlüt Çavuşoğlu bu həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.

GÜNÜN MANŞETLERİ