Buraxılış imtahanlarında YENİLİK: Gələn ildən...

Buraxılış imtahanlarında YENİLİK: Gələn ildən...
Yayınlanma tarixi: 5/26/2026 12:17:01 PM

Gələn ildən buraxılış imtahanlarında xarici dil üzrə mətn yazmaq tələb olunacaq.

2027-ci ildən etibarən ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında xarici dil üzrə şagirdlərdən minimum 100 sözdən ibarət kiçik həcmli mətn – paraqraf yazmaları tələb olunacaq.

İslamazeri.com xəbər verir ki, bu, DİM-in yaydığı məlumatda əksini tapıb.

Qeyd edək ki, bu barədə Dövlət İmtahan Mərkəzində tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə təkmilləşdirilmiş imtahan modelinin növbəti təqdimatında vurğulanıb.

GÜNÜN MANŞETLERİ