Bu il 47 mindən çox şagirdin elektron sistemlə yerdəyişməsi aparılıb

Bu il 47 mindən çox şagirdin elektron sistemlə yerdəyişməsi aparılıb
Yayınlanma tarixi: 23.12.2025 10:11:08

Bu il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 47 378 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb.

Bu barədə "İslamazeri.com"a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

GÜNÜN MANŞETLERİ