Bu il 370 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib

Bu il 370 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib
Yayınlanma tarixi: 20.05.2023 11:34:01

Bu il 370 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 436 min nəfərə sosial müavinət, 370 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə "İslamazeri.com"a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 23 faiz çox olmaqla 326 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 213 mln. manat ödənilib.

Son 4 ayda 46 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 475 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

GÜNÜN MANŞETLERİ