Bu il 172 ton narkotik məhv edilib

Bu il 172 ton narkotik məhv edilib
Yayınlanma tarixi: 12/22/2022 10:39:32 AM

Bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyası məlumat yayıb.

2022-ci ilin 11 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 258 fakt aşkar edilib.

İslamazeri.com xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 732 kq 789,349 qr və 36427 ədəd metadon, 2514 ədəd kapsul, 1470 qr MDA və 110 ml müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 363-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən 2 ton 060 kq 652,194 qr və 9548 həb narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 532,683 hektar sahədən çəkisi 172 ton 753 kq 608,85 qr olan 381 528 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

GÜNÜN MANŞETLERİ

Səhiyyə Nazirliyi valideynlərə çağırış edib - RƏSMİ
ÖLKƏ / SƏHİYYƏ

Səhiyyə Nazirliyi valideynlərə çağırış edib - RƏSMİ

7/10/2026 4:32:03 PM
İsrail Livanın cənubunda pikapı hədəfə alıb: 2 nəfər yaralanıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın cənubunda pikapı hədəfə alıb: 2 nəfər yaralanıb

7/10/2026 3:37:58 PM
Kəlbəcərdə mina partlayışı olub
ÖLKƏ / HADİSƏ

Kəlbəcərdə mina partlayışı olub

7/10/2026 2:36:06 PM
Şənbə gününün HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Şənbə gününün HAVA PROQNOZU

7/10/2026 1:18:12 PM