Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub.
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1161 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
İslamazeri.com xəbər verir ki, fevralın 28-i saat 08:00-dən martın 4-ü saat 10:00-a qədər sərhədi 224 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 361, Rusiyanın 246, Tacikistanın 99, Pakistanın 76, Omanın 46, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 9, Belarus 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın hərəsinin 6, Serbiyanın 5, İordaniya, İsveçrə, İran, Nigeriya və Yaponiyanın hərəsinin 4, Qətər, Banqladeş, Özbəkistan, Meksika və Filippinin hərəsinin 3, Nepal, Qazaxıstan, Fransa, Türkiyə, İtaliya, Qırğızıstan və Yəmənin hərəsinin 2, Böyük Britaniya, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Braziliya, Maldiv adaları, Cənubi Afrika Respublikasının hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.
Qeyd edək ki, İrandan ümumilikdə 37 ölkənin 937 vətəndaşı Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.