Bu günə qədər amnistiya aktı ilə 20 dindar azad edilib - YENİLƏNƏN SİYAHI

Bu günə qədər amnistiya aktı ilə 20  dindar azad edilib - YENİLƏNƏN SİYAHI
Yayınlanma tarixi: 12/24/2025 12:50:31 PM

2025-ci il 19 dekabrda Amnistiya Aktı haqqında qərar qəbul olunub.

Yenilənən xəbər: İslamazeri.com xəbər verir ki, Aministiya aktının icrası çərçivəsində daha 5 nəfər azad olunub. 
 
Əldə etdiyimiz məlumata bu günə qədər  Ramil Cəbiyev, Asəf Hüseynov, Tural Həsənli, Mənsur Vəlişov, Hilal Əsədov, Samir Salam  azad olunanlar arasındadır.
 
Beləliklə azı 20 nəfər dindar azad olunub.
Qeyd edək ki, daha çox dindarın amnistiya aktı ilə azad ediləcəyi gözlənilir.
 
23 dekabr: İslamazeri.com xəbər verir ki, Aministiya aktının icrası çərçivəsində bu günə qədər 15 dindar həbsdən azad olunub.
 
Əldə etdiyimiz məlumata bu günə qədər İsmayılov İsmayıl, Bağırov Siyasət (ilahiyyatçı), İmran Ələsgərov (Şeyx İmran ilahiyyatçı), Yaqubov Ümidvar, Məmmədov Vüqar, Fətəliyev Mehman, Qurbanov Afiq, Əhmədli Amal, Kərimov Bəhruz, Babaşov Bəxtiyar, Tahirov Ziya, Quliyev Bəhruz, Elşad (soyadı dəqiqləşdirilməyib), Şamo (soyadı dəqiqləşdirilməyib), Vəlixan (soyadı dəqiqləşdirilməyib) azad olunanlar arasındadır.
 
Əlavə məlumat olduqda yeni xəbər yayımlanacaq.
 
 

GÜNÜN MANŞETLERİ