Bu gün bu iki rayonda işıq olmayacaq

Bu gün bu iki rayonda işıq olmayacaq
Yayınlanma tarixi: 12/30/2025 10:09:18 AM

Bu gün Biləsuvar və Lənkəran rayonlarının bəzi ərazilərinin elektrik enerjisi təchizatında fasilə yaranacaq.

İslamazeri.com xəbər verir ki, dekabrın 30-da Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 20 mVA gücündə transformatorda təmir işi aparılacaq.

Bununla əlaqədar saat 12:00-dan 13:00-dək rayonun bir sıra yaşayış məntəqələri və şəhər ərazisinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmçinin Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 4 saylı şəhər hava xəttində təmir işləri həyata keçiriləcək. Bu səbəbdən, saat 12:30-dan 14:30-dək şəhər ərazisində Müzəffər Nəsirli, Şəkər Aslan, Vidadi, Şahin Məmmədov, Səməd Vurğun, Şirəli Axundov küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa ediləcək.

GÜNÜN MANŞETLERİ

Oman sultanı Müctəba Xameneini təbrik edib
DÜNYA / İSLAM DÜNYASI

Oman sultanı Müctəba Xameneini təbrik edib

3/9/2026 11:00:01 PM
Ayətullah Müctəba Xamenei kimdir?
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei kimdir?

3/9/2026 11:00:01 PM
Netanyahudan 3-4 gündür xəbər yoxdur
DÜNYA / MARAQLI

Netanyahudan 3-4 gündür xəbər yoxdur

3/9/2026 10:58:01 PM