Britaniyanın Gürcüstan səfiri II İlia ilə görüşüb

Britaniyanın Gürcüstan səfiri II İlia ilə görüşüb
Yayınlanma tarixi: 11/1/2022 8:01:51 PM

Britaniyanın Gürcüstandakı səfiri Gürcüstanın katolikos-patriarxı ilə görüşüb.

İslamazeri.com Gürcüstan mediasına istinadən xəbər verir ki, Böyük Britaniyanın Gürcüstandakı səfiri Mark Kleyton Gürcüstanın katolikos-patriarxı II İlia ilə görüşüb.

Mark Kleyton “Twitter” səhifəsində görüşdə kraliça II Elizabetin xidmətlərindən, B.Britaniya-Gürcüstan arasında sıx əlaqələr və Rusiyanın Ukraynaya təcavüzünün fəsadlı nəticələrindən danışdıqlarını yazır.

“Ümumi Gürcüstanın katolikos-patriarxı, II İlia ilə görüşməyimə şadam. Görüşdə biz Əlahəzrət Kraliça II Elizabetin xidmətlərindən, Böyük Britaniya və Gürcüstan arasında sıx əlaqələri və Rusiyanın Ukraynaya təcavüzünün fəsadlı nəticələrini müzakirə etdik” -deyə Mark Kleyton yazır.

GÜNÜN MANŞETLERİ

Şəfa duası
DİN

Şəfa duası

1/21/2026 2:44:00 PM