Braziliyada etirazlar: Konqres binasına hücum edildi

Braziliyada etirazlar: Konqres binasına hücum edildi
Yayınlanma tarixi: 9.01.2023 11:16:04

Bu gün etirazların fonunda Braziliya Ali Məhkəməsinin hakimi Aleksandre de Moraeş paytaxt Brazilianın daxil olduğu federal dairənin qubernatoru İbaneys Roçanın vəzifədən uzaqlaşdırılması haqqında qərar imzalayıb.

İslamazeri.com xəbər verir ki, dünən 8 yanvarda Braziliyanın sabiq prezidenti Jair Bolsonaronun tərəfdarları paytaxtda Konqres binasına hücum ediblər, qarşıdurmalar yaranıb.

Onlar binaya damdan girərək, pəncələri sındırıblar.

Digər nümayişçilər prezident sarayı və Ali Məhkəmə binasının önündə toplaşıblar. Braziliya şəhər Federal Dairəsinin hərbi polis helikopterindən etirazçılara səs, gözyaşardıcı və tüstü qumbaraları istifadə edilməsi haqqında məlumat yayılıb.

Bu gün etirazların fonunda Braziliya Ali Məhkəməsinin hakimi Aleksandre de Moraeş paytaxt Brazilianın daxil olduğu federal dairənin qubernatoru İbaneys Roçanın vəzifədən uzaqlaşdırılması haqqında qərar imzalayıb.

Bundan başqa Braziliya prezidenti Lula da Silva keçmiş dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının törətdiyi iğtişaşlarla əlaqədar ölkə paytaxtında 1 aylıq fövqəladə vəziyyət elan edib.

GÜNÜN MANŞETLERİ