BNA sərnişinlərə xəbərdarlıq etdi

BNA sərnişinlərə xəbərdarlıq etdi
Yayınlanma tarixi: 8.02.2023 14:31:21

Bakı Şəhər İcra Hakimiyyətinin fevralın 9-da gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlığına əsasən hərəkət iştirakçılarını müvafiq təhlükəsizlik qaydalarına riayət etsinlər.

Bakı Nəqliyyat Agentliyi qeyri sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

Agentlikdən "İslamazeri.com"a daxil olan müraciətdə bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin fevralın 9-da gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlığına əsasən hərəkət iştirakçılarını müvafiq təhlükəsizlik qaydalarına riayət etsinlər:

"Qarlı və şaxtalı hava şəraitində sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etməlirinə tövsiyə edirik. Həmçinin sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir

Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amillər nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edirik".

GÜNÜN MANŞETLERİ

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var
DÜNYA / İSLAM DÜNYASI

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var

27.03.2023 17:41:35
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub

27.03.2023 17:22:33
DSX-nin zabiti vəfat edib
ÖLKƏ / HƏRBİ

DSX-nin zabiti vəfat edib

27.03.2023 16:41:18