BMT: Bütün Qəzza torpaqları yalnız Fələstin xalqına məxsus olmalıdır

BMT: Bütün Qəzza torpaqları yalnız Fələstin xalqına məxsus olmalıdır
Yayınlanma tarixi: 5/30/2026 1:30:47 PM

BMT: Bütün Qəzza torpaqları yalnız Fələstin xalqına məxsus olmalıdır

İslamazeri.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin sözçüsü Stefan Dujarrik sionist İsrail Baş naziri Binyamin Netanyahunun Qəzza zolağı üzərində nəzarəti 70 faizə qədər artıracaqları barədə açıqlamasına reaksiya verib.

Gündəlik mətbuat brifinqi zamanı Dujarrik Qəzzadakı son vəziyyətə toxunub.

Dujarrik Baş nazir Netanyahunun Qəzza üzərində nəzarəti 70 faizə qədər artırmağı planlaşdırdıqları barədə açıqlaması ilə bağlı suala cavab verib. Bu, etnik təmizləməyə və qırğınlara səbəb ola biləcək çox ciddi bir inkişafdır. Baş katibin (Antonio Quterreş) buna reaksiyası nədir?

"Biz geri çəkilməyə çağırırıq"

BMT sözçüsü bildirib ki, "Qəzzanın 100 faizi Fələstin xalqına məxsus olmalıdır; biz bunu görmək istəyirik. Biz İsrailiöz qüvvələrini sözdə Sarı Xəttdən geri çəkməyə çağırırıq. Bu, bizim mövqeyimiz olaraq qalacaq".

Xatırladaq ki, İsrail Baş naziri Netanyahu ötən gün İsrail ordusuna Qəzza zolağı üzərində nəzarəti 70 faizə qədər artırmağı tapşırdığını açıqlamışdı.

GÜNÜN MANŞETLERİ