BMT beynəlxalq ictimaiyyətə çağırış edib

BMT beynəlxalq ictimaiyyətə çağırış edib
Yayınlanma tarixi: 18.05.2023 16:00:18

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sahel bölgəsindəki silahlılarla mübarizə aparmaq və bölgənin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq dəstəyə ehtiyac olduğu ilə əlaqədar çağırış edib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Sahel bölgəsindəki silahlılarla mübarizə aparmaq və bölgənin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq dəstəyə ehtiyac olduğu ilə əlaqədar çağırış edib.

BMT baş katibinin Afrika üzrə köməkçisi Marta Pobe BMT Təhlükəsizlik Şurasındakı çıxışında Sahel bölgəsində silahlı qrupların hücumlarının artdığına diqqət çəkərək bölgəyə daha çox dəstəyin verilməsinin əhəmiyyətini vurğulayıb.

Marta Pobe Burkina Faso, Çad, Mavritaniya və Nigerin silahlı təşkilatlara qarşı birgə hərəkət etdiyini, lakin yanvar ayından bu yana effektiv hərbi əməliyyat həyata keçirə bilmədiklərini qeyd edib.

Fransanın Mali ilə yaşanan böhran səbəbindən qoşunlarını Nigerə yerləşdirdiyini bildirən Marta Pobee bölgəyə rus muzdlularının yerləşdirildiyini qeyd edib.

Marta Pobee Burkina Faso, Niger və Malinin təhlükəsizlik sahəsində əməkdaşlıq etdiklərini, lakin sərhəd bölgələrində təhlükəsizliyin təmin edilməsinin mümkün olmadığını vurğulayıb.

GÜNÜN MANŞETLERİ