BMT Baş katibi Ramazan ayı münasibətilə videomüraciət yayıb

BMT Baş katibi Ramazan ayı münasibətilə videomüraciət yayıb
Yayınlanma tarixi: 23.03.2023 13:31:51

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş müqəddəs Ramazan ayından ilham alaraq hər kəs üçün daha ədalətli dünya qurmağa çağırıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Antonio Quterreş Ramazan ayı münasibətilə videomüraciət yayıb.
Ramazan ayının başlaması münasibətilə bütün müsəlman aləmini təbrik edən Antonio Quterreş Ramazanın düşünmək və öyrənmək ayı olduğunu deyib.
İnsanlığın Ramazan ayında  tolerantlıq və mərhəmətlə bir araya gəldiyini bildirən Antonio Quterreş BMT-nin missiyasının dialoq, birlik və sülhü təşfiq etmək olduğunu xatırladıb.
Antonio Quterreş hazırda münaqişə zonalarında olan, evlərini tərk etmək məcburiyyətində qalanlar və əziyyət çəkənlərlərə görə narahat olduğunu deyib.
Ramazan ayında sülh, qarşılıqlı hörmət və həmrəyliyin təşfiq edilməsi ilə əlaqədar çağırış edən Antonio Quterreş deyib:"Müqəddəs Ramazan ayından ilham alaraq hər kəs üçün daha ədalətli dünya quraq. Ramazan ayınız mübarək".

 

GÜNÜN MANŞETLERİ