BMT: Atəşkəs xətti boyunca fələstinlilərin öldürülməsi müharibə cinayətidir.
Birləşmiş Millətlər Təşkilatı atəşkəsdən sonra Qəzzada təyin olunmuş "sarı xətt" yaxınlığında çoxsaylı fələstinlinin öldürüldüyünü açıqladı. BMT bu hərəkətlərin məhkəmədənkənar qətllər və müharibə cinayətləri olduğunu bildirdib.
İslamazeri.com xəbər verir ki, BMT-nin İnsan Hüquqları Ofisi oktyabr ayında atəşkəsdən bəri İsrail rejimi tərəfindən öldürülən fələstinlilərin təxminən üçdə birinin sionist rejimin ordusu ilə HƏMAS arasında atəşkəs xəttinə yaxın ərazilərdə öldüyünü bildirdi. Bu vəziyyət sionist qüvvələrinin sadəcə bu ərazilərə yaxınlaşdıqları üçün mülki şəxslərə atəş aça biləcəyi ilə bağlı narahatlıqlar doğurub.
BMT-nin İnsan Hüquqları Ofisi bu cür hərəkətlərin məhkəmədənkənar qətllər və buna görə də müharibə cinayətləri olduğunu vurğuladı. Atəşkəs xətti yaxınlığında atəş açmağın militant təhdidlərinin qarşısını almağa yönəldiyini iddia edən İsrail ordusu hələlik ittihamlarla bağlı rəsmi açıqlama verməyib.
Atəşkəsdən sonra İsrail rejimi HƏMAS ilə sərhədini "sarı xətt"lə müəyyən edib. Bu xətt yerdə bir-birindən müəyyən məsafələrdə yerləşdirilmiş beton bloklarla işarələnib. Sionist qüvvələri xəttin şərqində yerləşdirilməyə davam edərkən, HƏMAS sahil zolağına nəzarət edir.
Lakin sionist rejimin ordusunun bu beton blokları dəfələrlə HƏMAS-ın nəzarətində olan ərazilərə daha da dərinə köçürdüyü bildirilir. İsrail xəritələri göstərir ki, hərbi nəzarətdə olan təcrid zonası hazırda Qəzzanın təxminən üçdə ikisini əhatə edir.