Bir sıra tibb müəssisələrinin adları dəyişdirilib - SİYAHI

Bir sıra tibb müəssisələrinin adları dəyişdirilib - SİYAHI
Yayınlanma tarixi: 11.05.2023 11:20:21

Bu barədə Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil edilən bir sıra tibb müəssisələrində ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə "İslamazeri.com"a Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən yeniliklərə uyğun olaraq, 10-dan çox tibb müəssisəsinin adı bundan sonrakı fəaliyyət istiqamətinə əsasən yenidən formalaşdırılıb.

Belə ki, Mərkəzin strukturuna daxil olan 8 nömrəli Şəhər Xəstəxanasının, 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarının (BŞX), Zabrat və Zirə Müalicə Diaqnostika Mərkəzlərinin adları aşağıdakı şəkildə dəyişdirilib:

8 nömrəli Şəhər Xəstəxanası - Nardaran Sağlamlıq Mərkəzi

12 nömrəli BŞX – Suraxanı Sağlamlıq Mərkəzi

28 nömrəli BŞX – Bilgəh Sağlamlıq Mərkəzi

Zabrat Müalicə Diaqnostika Mərkəzi - Zabrat Sağlamlıq Mərkəzi

Zirə Müalicə Diaqnostika Mərkəzi - Zirə Sağlamlıq Mərkəzi

9 nömrəli BŞX – 41 nömrəli Şəhər Poliklinikası

13 nömrəli BŞX – 42 nömrəli Şəhər Poliklinikası

15 nömrəli BŞX – 43 nömrəli Şəhər Poliklinikası

18 nömrəli BŞX – 44 nömrəli Şəhər Poliklinikası

22 nömrəli BŞX – 14 nömrəli Şəhər Poliklinikası

31 nömrəli BŞX - 45 nömrəli Şəhər Poliklinikası

32 nömrəli BŞX – 46 nömrəli Şəhər Poliklinikası

Məlumat üçün bildirək ki, TƏBİB rəhbərliyinin göstərişinə əsasən, Mərkəzin tabeliyində olan bir sıra müəssisələrdə stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondu ləğv edilib və həmin müəssisələrdə ambulator- poliklinik xidmət gücləndirilib. Qeyd olunan tibb müəssisələrinin adlarındakı bu dəyişiklik məhz həmin qərara uyğunlaşdırılıb və yeni istiqamət müəyyənləşdirilib.

Həyata keçirilən bu tədbirlər tibbi kadrlardan səmərəli istifadə, ikin səhiyyə xidməti müəssisələrinin iş yükünün azaldılması və ambulator xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.

GÜNÜN MANŞETLERİ