Beynəlxalq Boks Assosiasiyasının prezidenti Azərbaycana gəlir

Beynəlxalq Boks Assosiasiyasının prezidenti Azərbaycana gəlir
Yayınlanma tarixi: 12/21/2021 5:53:27 PM

Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyov Azərbaycana işgüzar səfərə gələcək.

Azərbaycan Boks Federasiyasının (ABF) Mətbuat Xidmətindən “İslamazeri.com”a verilən məlumata görə, IBA rəhbəri dekabrın 23-də Bakıda olacaq.

O, səfər zamanı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və ABF-in prezidenti Kəmaləddin Heydərovla görüşəcək. Umar Kremlyov həmçinin Boks Mərkəzində milli komandanın məşqçiləri ilə birgə azərbaycanlı boksçulara məşq də keçəcək.

Qeyd edək ki, IBA prezidentinin Azərbaycana səfəri dekabrın 24-də başa çatacaq.

GÜNÜN MANŞETLERİ

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI

3/26/2026 3:28:44 PM
Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ

3/26/2026 3:10:01 PM
Ağdamda mina partlayıb, xəsarət alan var
ÖLKƏ / HADİSƏ

Ağdamda mina partlayıb, xəsarət alan var

3/26/2026 2:52:17 PM