Bəşər Əsəd BMT-nin Konfransına dəvət olunub

Bəşər Əsəd BMT-nin Konfransına dəvət olunub
Yayınlanma tarixi: 15.05.2023 11:14:47

Bəşər Əsəd BMT-nin İqlim Dəyişikliyi üzrə 28-ci Konfransına dəvət olunub.

Suriya prezidenti Bəşər Əsədin BMT-nin İqlim Dəyişikliyi üzrə 28-ci Konfransına dəvət edildiyi bildirilib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Ərəb dilli “Əl Vətən” qəzetinin xəbərinə görə, Suriya prezidenti Bəşər Əsəd dünən Dəməşqdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dəməşq səfirliyinin müvəqqəti işlər vəkili Əbdül Hakim əl Noaymi ilə görüşüb.

Noaymi, BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed əl Nəhyanın adından Bəşər Əsədə bu ilin sonunda Dubayda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) Tərəflərin 28-ci Konfransında iştirak etmək üçün dəvət məktubu göndərib. 

GÜNÜN MANŞETLERİ