Bəqayi: İranın hədəf siyahısı hər gün yenilənir

Bəqayi: İranın hədəf siyahısı hər gün yenilənir
Yayınlanma tarixi: 3/12/2026 10:05:41 AM

"İranın hədəf siyahısı hər gün yenilənir".

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi "Əl-Mayadeen" televiziyasına verdiyi müsahibədə İranın düşmənin təcavüzünə "tam güc və hazırlıqla" cavab verdiyini bildirib.

Bəqayi bildirib ki, İran öz daxili imkanlarından istifadə edərək işğal olunmuş ərazilərdəki hədəflərə, eləcə də ABŞ qüvvələrinin bölgədəki istifadə etdiyi bəzi nöqtələrə zərbələr endirib.

İran sözçüsü vurğulayıb ki, ölkə silahlı qüvvələri cavab vermək üçün tam səlahiyyətə malikdir və hücumla əlaqəli ABŞ bazalarına və obyektlərinə qarşı əməliyyatlar bu çərçivədə həyata keçirilib.

Bəqayi həmçinin bildirib ki, hədəflərə dəqiq zərbələr endirilməsi ilə bağlı çoxlu məlumat var və İranın hədəf siyahısı hər gün yenilənir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, ABŞ diplomatik danışıqlar prosesinə iki dəfə "xəyanət edib" və bu danışıqlar barədə çoxlu yalan məlumat yayıb.

GÜNÜN MANŞETLERİ