Bazar gününün hava proqnozu

Bazar gününün hava proqnozu
Yayınlanma tarixi: 11/26/2022 1:02:24 PM

Bakıda və Abşeron yarımadasında noyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq.

Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-16° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti olacaq.

GÜNÜN MANŞETLERİ

Zühur üçün oxunan FƏRƏC DUASI
DİN

Zühur üçün oxunan FƏRƏC DUASI

1/19/2026 12:10:01 PM
Qəzzada daha bir körpə soyuqdan ölüb
DÜNYA / İSLAM DÜNYASI

Qəzzada daha bir körpə soyuqdan ölüb

1/19/2026 10:45:17 AM