Bazar gününün hava proqnozu

Bazar gününün hava proqnozu
Yayınlanma tarixi: 12/24/2022 1:40:37 PM

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanda dekabrın 25-də (bazar günü) gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın tutqun olacağı gözlənilir. Bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

GÜNÜN MANŞETLERİ

Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib
ÖLKƏ / HƏRBİ

Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib

7/10/2026 10:38:30 AM
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
ÖLKƏ / İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

7/10/2026 10:20:01 AM