Bayden: Ukraynaya F-16 verilməyəcək

Bayden: Ukraynaya F-16 verilməyəcək
Yayınlanma tarixi: 31.01.2023 11:12:24

ABŞ prezidenti Cozef Bayden F-16 döyüş təyyarələrinin Ukraynaya verilməyəcəyini bildirib.

ABŞ prezidenti Cozef Bayden F-16 döyüş təyyarələrinin Ukraynaya verilməyəcəyini bildirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Cozef Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında bu barədə danışıb.

O bir jurnalistin özünə ünvanladığı “ABŞ Ukraynaya F-16-lar verəcəkmi”? sualına xeyr deyərək cavab verib.

Bayden Rusiya-Ukrayna müharibəsinin ildönümündə Avropaya səfər edib-etməyəcəyinə dair bir suala da konkret cavab verməsə də Polşaya səfər edəcəyini, ancaq bunun nə vaxt reallaşacağının məlum olmadığını qeyd edib.

GÜNÜN MANŞETLERİ