Bayden “COVID-19”la bağlı qanun layihəsini imzalayıb

Bayden “COVID-19”la bağlı qanun layihəsini imzalayıb
Yayınlanma tarixi: 3/22/2023 10:41:56 AM

Bayden COVID-19-un mənşəyi ilə bağlı məxfi məlumatların açılması haqqında qanun layihəsini imzalayıb.

ABŞ prezidenti Bayden Konqres tərəfindən daha əvvəl təsdiqlənən qanun layihəsini imzalayıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, sənədə əsasən, ABŞ kəşfiyyatı yeni koronavirusun mənşəyi ilə bağlı məlumatlarını məxfilikdən çıxarmalıdır.

Ağ Ev-də  bu  barədə  yayılan  açıqlamada: “Qanun milli kəşfiyyat direktorundan COVID-19-un mənşəyi ilə bağlı bəzi məlumatların məxfiliyini ləğv etməyi tələb edir”.

Fevral ayında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, Siyasi Büro üzvü Vanq Yi Çinin koronavirus pandemiyasından uğurla çıxdığını bildirib.

Martın 2-də ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Birləşmiş Ştatlar hesab edir ki, koronavirusun laboratoriya sızması nəzəriyyəsi çox realdır, lakin qəti deyil.

GÜNÜN MANŞETLERİ

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...
REGİON / İRAN

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...

3/17/2026 2:03:01 AM
 Amerikalı dəniz piyadalarını
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Amerikalı dəniz piyadalarını "ət maşını" gözləyir

3/17/2026 1:57:45 AM
İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM