Bakının bu küçəsində hərəkət tam məhdudlaşdırılacaq - DİQQƏT

Bakının bu küçəsində hərəkət tam məhdudlaşdırılacaq - DİQQƏT
Yayınlanma tarixi: 5/7/2026 10:16:01 AM

Bakının Rəşid Behbudov küçəsinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq.

Bakının Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq, sabah saat 22:00-dan mayın 9-u saat 23:00-a qədər qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, əvvəlcədən hərəkət istiqamətlərini planlaşdırmaları və alternativ yollardan istifadə etmələrini xahiş edib.

GÜNÜN MANŞETLERİ

İrandan
REGİON / İRAN

İrandan "danışıqlar"la bağlı MÜHÜM AÇIQLAMA

5/7/2026 11:18:38 AM
İsraildən etiraf: İki əsgərimiz Livanın cənubunda yaralanıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsraildən etiraf: İki əsgərimiz Livanın cənubunda yaralanıb

5/7/2026 10:49:01 AM