Bakıda unlu qənnadı məmulatların istehsalı və satışı müəssisəsində nöqsanlar aşkarlanıb

Bakıda unlu qənnadı məmulatların istehsalı və satışı müəssisəsində nöqsanlar aşkarlanıb
Yayınlanma tarixi: 9/30/2022 4:57:44 PM

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Yasamal rayonu, Ş.Qurbanov küçəsi 17 ünvanında fəaliyyət göstərən, “AzCake” MMC-yə məxsus unlu qənnadı məmulatların istehsalı və satışı müəssisəsində aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə "İslamazeri.com"a bildirilib ki, müəssisədə məhsul istehsalı zamanı texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, temperatur və rütübət rejiminə riayət edilmədiyi, unun saxlanması üçün normativ tələblərə uyğunlaşdırılmış anbarın təşkil olunmadığı, un kisələrinin divara bitişik halda yığıldığı, xammal olaraq istifadə olunan unun maqnit tutuculu ələkdən keçirilmədiyi, döşəmə və divarların tamlığının pozulduğu, məhsulların yuyulması üçün ayrı yuma çanaqlarının təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, nöqsanların aradan qaldırılmasına üçün icrası məcburi göstərişlər verilib və bu sahədə qanunvericiliyin tələbləri izah olunub.

GÜNÜN MANŞETLERİ

Qəzzada 10 uşaq soyuqdan can verdi
DÜNYA / İSLAM DÜNYASI

Qəzzada 10 uşaq soyuqdan can verdi

1/25/2026 10:37:50 AM
İmam Səccadın (ə) mövlud günüdür
DİN / MÖVLUDLAR

İmam Səccadın (ə) mövlud günüdür

1/25/2026 9:00:01 AM
Venesuela ssenarisi İranda mümkündürmü?
REDAKTORDAN

Venesuela ssenarisi İranda mümkündürmü?

1/24/2026 2:20:01 PM
Şəban ayında oruc tutmağın SAVABI
DİN

Şəban ayında oruc tutmağın SAVABI

1/24/2026 12:35:01 PM