Bakıda kütləvi dava: 2 nəfər qətlə yetirildi

Bakıda kütləvi dava: 2 nəfər qətlə yetirildi
Yayınlanma tarixi: 2/11/2023 10:18:33 AM

Bu barədə Nizami Rayon Prokurorluğundan məlumat verilib.

Bakıda kütləvi dava olub, 2 nəfər qətlə yetirilib.

Bu barədə "İslamazeri.com"a Nizami Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində İlkin Rzayev və Xəyal Rəhimovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmanın gedişində 6 nəfər şəxsin Keşlə qəsəbəsində mübahisə etməsi və mübahisə zamanı orada olan Rauf Hüseynov və Ramin İsayev tərəfindən bıçaqla xəsarət yetirilməsi nəticəsində İlkin Rzayevin hadisə yerində, Xəyal Rəhimovun isə xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələrilə cinayət işi başlanıb

İş üzrə 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

GÜNÜN MANŞETLERİ

Azərbaycanda 11 günlük tətil başlayıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda 11 günlük tətil başlayıb

3/20/2026 10:35:06 AM
Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb
İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb

3/20/2026 10:10:01 AM
Ramazan ayının hilalı görünmədi
DİN

Ramazan ayının hilalı görünmədi

3/19/2026 11:47:35 PM