Bakıda bir mənzildən 4 nəfərin meyiti tapılıb

Bakıda bir mənzildən 4 nəfərin meyiti tapılıb
Yayınlanma tarixi: 1/5/2023 12:46:18 PM

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bakıda bir mənzildən 4 nəfərin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "İslamazeri.com"a bildirilib ki, hadisə Nərimanov rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb.

Mənzilin sahibi polisə zəng edərək məlumat verib ki, kirayəyə verdiyi evin qapısı arxadan bağlıdır və nə qədər döysə də, qapını açan yoxdur. Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 nəfərin meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.

Qeyd edək ki, ölənlərin hamısı kişidir. Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ

Hörmüz boğazındakı gərginlik neft qiymətlərinin artmasına səbəb olub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hörmüz boğazındakı gərginlik neft qiymətlərinin artmasına səbəb olub

3/23/2026 12:10:01 PM
İsrail mediası: İran amansız sürətlə raket atır
DÜNYA / MARAQLI

İsrail mediası: İran amansız sürətlə raket atır

3/23/2026 11:48:25 AM
İsrailə şimal cəbhəsindən AĞIR ZƏRBƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailə şimal cəbhəsindən AĞIR ZƏRBƏ

3/23/2026 11:08:56 AM