Bakının Nəsimi rayonunda 8 yaşlı uşaq yol-nəqliyyat hadisəsində xəsarət alıb.
İslamazeri.com xəbər verir ki, 2014-cü il təvəllüdlü Həsənov Yusif İqbal oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.