Bakı dairəvi yolunda yük maşını aşıb, xəsarət alan var

Bakı dairəvi yolunda yük maşını aşıb, xəsarət alan var
Yayınlanma tarixi: 4/17/2023 12:21:07 PM

Bakı dairəvi yolunda yük maşını aşıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhər kənar dairəvi yolunda qeydə alınmış qəza ilə bağlı məlumat yayıb.

İdarədən "İslamazeri.com"a bildirilib ki, bu gün saat 10:50 radələrində Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində Qasımov Nəsir Habil oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-OA-693 dövlət qeydiyyat nişanlı yük avtomobili paytaxt istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Xəsarət alan sürücüsü xəstəxanaya yerləşdirilib, hadisə yerinə cəlb olunan DYP əməkdaşları tərəfindən yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM