Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar

Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar
Yayınlanma tarixi: 4.10.2022 11:57:44

FIFA referisi Elçin Məsiyev və FIFA referi köməkçisi Elşad Abdullayev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək oyunlara təyinat alıb.

İslamazeri.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İtaliya, Yunanıstan, Finlandiya və Kosovo komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 5-dən 11-dək Kosovoda təşkil ediləcək.

Bundan əlavə, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunun oyunlarına təyinat alıb.

O, oktyabrın 5-dən 11-dək Portuqaliyada keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq. Bu qrupda Norveç, Belçika, Portuqaliya və Malta milli komandalar mübarizə aparacaq.

GÜNÜN MANŞETLERİ