Azərbaycanlı hacıların geri dönüş cədvəli açıqlanıb

Azərbaycanlı hacıların geri dönüş cədvəli açıqlanıb
Yayınlanma tarixi: 6/3/2026 10:45:43 AM

Azərbaycanlı hacıların geri dönüş cədvəli açıqlandı.

İslamazeri.com xəbər verir ki, Həcc ziyarətinin son mərhələsi çərçivəsində iyunun 3-ü, 4-ü və 6-da hər biri 360 nəfərdən ibarət zəvvar qrupları Məkkədən Mədinəyə yola düşəcək.

Bu barədə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, son qrup iyunun 6-da Məkkədən Mədinəyə hərəkət edəcək:

“Zəvvarlar Mədinədə üç gün qalacaqlar. Bu müddətdə onlar Peyğəmbərin (s) məscidini və müqəddəs məkanları ziyarət edəcək, həmçinin şəhər üzrə ekskursiyada iştirak edəcəklər. Sonrakı gün zəvvarlar üçün sərbəst vaxt nəzərdə tutulub.

İlk geri dönüş reysləri iyunun 6-da səhər və axşam saatlarında həyata keçiriləcək. İyunun 7-si və 9-da isə zəvvarlar səhər və axşam reysləri ilə ziyarətlərini başa vuraraq Azərbaycana qayıdacaqlar”, – o qeyd edib.

GÜNÜN MANŞETLERİ

Qədir Xum və
DİN

Qədir Xum və "Mövla" kəlməsi

6/3/2026 6:00:02 PM
Qədir Xum bayramının ƏMƏLLƏRİ
DİN

Qədir Xum bayramının ƏMƏLLƏRİ

6/3/2026 5:33:29 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

6/3/2026 2:04:14 PM